Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhər 4 saylı körpələrevi uşaq bağçası körpələrin istifadəsinə verildi.

14 dekabr 2015 | 16:00

14 dekabr 2015-ci il tarixində Şəmkir şəhər 4 saylı körpələr evi - uşaq bağçası bərpa-gücləndirilmə işlərindən sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon rəsmiləri, müəllimlər və valideynlər iştirak etmişlər.
Mərasimdə çıxış edənlər məktəbəqədər tədris müəssisəsinin istifadəyə verilməsinə görə tədbir iştirakçılarını, uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. Birmərtəbəli 95 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Burada çalışan müəllim kollektivi və qəsəbə sakinləri yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər