Aşağı Seyfəli kəndində yeni subartezian quyusu istifadəyə verilib
09 dekabr 2015 – ci il tarixində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində 22 ha torpaq sahəsini suvarılması üçün nəzərdə tutulan yeni subartezian quyusunun açılışı olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, “Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”nin direktoru Ramiz Vəkilov, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və Şəmkir rayon Subartezian quyularının istismarı idarəsinin rəisi Nəriman Verdiyev ətraflı çıxış edərək kənd sakinlərini təbrik etmişlər. Həmçının meydana polaşmış kənd sakinləri suvarma suyuna olan tələbatlarının ödənilməsinə, əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Daha sonar isə yeni istifadəyə veriləcək olan su quyusunun açılışı üçüçn start vermişdir.