Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənim bir günüm” layihəsi reallaşdırılmışdır

28 yanvar 2014 | 16:00

Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir Heydər Əliyev Mərkəzinin yeni bir layihəsi - “Mənim bir günüm” layihəsi reallaşdırılmışdır. “Mənim bir günüm” layihəsinin əsas məqsədi gənclərin bacarıqlarının üzə çıxarılması, yeni nəslin dünyagörüşünün artırılmasına dəstək olmaq, onların fərdi inkişafının gücləndirilməsi, mentorluq proqramının həyata keçirilməsidir.
     Layihədə əsasən hər ayın axırıncı həftəsinin şənbə günündə Şəmkir şəhər və kənd orta məktəblərinin 15 nəfər yuxarı sinif şagirdlərindən ibarət qrup məşğələlərdə iştirak edərək gün ərzində müxtəlif mövzularda maariflənəcək, mövzuya uyğun filmə tamaşa edərək onu müzakirə edəcəklər.
     Layihənin ilk iştirakçıları Şəmkir şəhər Əhməd Cavad adına məktəbin şagirdləri oldular. Şagirdlərlə tanışlıqdan sonra onlara layihənin məqsədi, nəzərdə tutulan işlərin təqdimatı edildi. Gün ərzində moderatorlar Məryəm Həsənova, Könül Rəhimova, Elxan Hüseynov, Nərgiz Alıyeva şagirdlərin özlərini düzgün və dolğun ifadə etmək bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif sessiyalarda - “Müasir Azərbaycan tarixi və Heydər Əliyev”, “Liderlik”, “Nitq mədəniyyəti” mövzularında məşğələlər keçirdilər. Sessiyalardan sonra “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filminə baxış keçirilərək müzakirəsi təşkil edildi. Gün ərzində şagirdlərlə müxtəlif qrup oyunları, motivasiya üçün beyin həmləsi də keçirildi. Sonda layihə iştirakçıları sorğularda iştirak etdilər və esse yazaraq gün ərzindəki təəssüratlarını paylaşdılar. Şagirdlərin etirafına görə gün daha səmərəli keçdi və biliklərinin artılmasına yönəldilmiş tədbirlər nəticəsində dünyagörüşləri artdı.

Keçidlər