Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anım gününün 12 - ci il dönümü keçirildi.

14 dekabr 2015 | 16:00

Bu gün12 dekabr müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin vəfatından 12 il ötür. Azərbaycanda, istərsə də Azərbaycandan kənarda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir.
12 dekabr 2015-ci il tarixdə saat 10:00 – dan başlayaraq Şəmkir rayonunda da Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Anım mərasimi  Ulu Öndər Heydər Əliyevin abidəsinin önündə olmuşdur. İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himni səsləndirilmişdir.
Anım günündə Şəmkir rayon İcra Hakimyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi tərəfindən Ulu Öndərin heykəlinin önünə əklillər qoyuldu.
Sonra meydana toplaşmış minlərlə rayon sakinləri Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə tər qərənfillər düzmüş  və  abidə önündə ehtiramla baş əyərək,Onun əziz xatirəsini hörmətlə yad etmişlər.
Daha sonra Uluöndərin Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan verilmişdir.

Keçidlər