Şəmkirdə Beynəlxalq Əlillər günü qeyd edildi.
3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir Rayon Əhalinin Sosial Müdafiə mərkəzi ilə birgə tədbir keçirilmişdir.
Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Əfqanıstanmüharibəsinin iştirakçıları,Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə və müxtəlif səbəblərdən əlil olmuş insanların iştirakı ilə keçirilmiş tədbirin açılışını Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov etmişdir. İştirakçıları salamlayan Cənab Alimpaşa Məmmədov dövlətimizin və şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən işlərdən danışmışdır.
Tədbir konsert proqramı ilə davam etmişdir.