Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə qanvermə aksiyası keçirilib.

02 dekabr 2015 | 16:00

02 dekabr 2015-ci il tarixində Şəmkir şəhəri Mərkəzi Xəstəxanasında hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların nümayəndələri qatılıblar.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin də yaxından iştirak etdikləri aksiyada 325 nəfər insan donor qismində iştirak etmişdir.
Toplanan qan talassemiya və hemofiliya xəstəliyindən və irsi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilmişdir.

Keçidlər