Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Bayramlı və Dağ Cəyir kəndlərinə təbii qaz verilmişdir.

26 noyabr 2015 | 16:00

26 noyabr 2015-ci il tarixində Şəmkir rayonunda 790 ev təsərrüfatı olmaqla 2883 nəfər əhalisi olan Bayramlı kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sona xanım Əliyeva, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbir iştirakçıları və kənd sakinlərini açılış münasibətilə təbrik etmiş, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən və son illər rayonda icra olunan irimiqyaslı layihələrdən geniş danışmışdır.
     Sonra tədbirdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
     Daha sonra bu xoş gün münasibətilə qurbanlar kəsilmişdir.
     Eyni zamanda Şəmkir rayonunun dağ kəndlərindən olan Dağ Cəyir kəndinə təbii qaz verilmişdir.

Keçidlər