Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi üzrə 16 – 19 noyabr 2015 – ci il tarixlərində Lerik, Lənkəran, Astara rayonlarına səfər edəcək heyət yola salınmışdır.

16 noyabr 2015 | 16:00

Noyabrın 16-da Şəmkirli məktəblilərin “Ölkəmizi tanıyaq” maarifləndirici tur- ekskursiyası çərçivəsində Lənkəran-Lerik-Astara rayonlarına səfəri başlamışdır. Bu məqsədlə Şəmkir  şəhərindəki Heydər Əliyev Mərkəzindən  təntənəli yola salma mərasimi keçirilmişdir. Səfər noyabr ayının 19 -dək davam edəcəkdir. Məktəblilər səfər çərçivəsində Lənkəran, Lerik və Astara rayonlarının  tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olacaqlar, müxtəlif məzmunlu musiqili - əyləncəli proqramlarda iştirak edəcəklər.
Məktəblilərin yola salınması mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədoviştirak etmiş və onlara öz tövsiyyələrini verərək uğurlar diləmişdir. Yola salma mərasimində iştirak edən şagirdlər və onların valideynləri çıxış  edərək bu cür marifləndirici tədbirlərin əhəmiyyəti barədə danışmışlar və  belə tur- ekskursiyalarının təşkilinə görə ölkə prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər