Şəmkirdə bayraq bayramı keçirildi.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında sərəncam imzalamışdır.
Şəmkir rayonunda da 6 noyabr 2015-ci il tarixdə şəhər Olimpiya idman kompleksinin zalında, 9 noyabr ” Bayraq” günü münasibətilə, Rayon İcra Hakimiyyəti və 193 saylı hərbi hissənin birlikdə təşkilatçılığı ilə geniş konsert tədbiri keçirilmişdir.
Evvelce tedbirde 193 saylı hərbi hissənin komandiri general leytinant Rövşən Əkbərov çıxış edərək qonaqları salamlamış və Azərbaycan Respublikasının müdafıə naziri Zakir Həsənovun təbrik məktubunu tədbir iştirakşılarına çatdırdı.
Daha sonra tədbir bədii hissəylə davam edərək əsgərlər müxtəlif döyüş səhnələri göstərmiş və respublikanın tanınmış müğənnisi Azərin vətənpərvər və şən mahnılarla tədbiri davam etdirmişdir.
Tədbirin sonunda bayram münasibətilə atəşfəşanlıq olmuşdur.