Azərbaycan övladları 20 yanvar 1990-cı ildə xalqımız qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə yazmışdır.
Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar faciəsindən iyirmi dörd il keçir.
Öz igid övladlarının qeyri adi fədakarlığını, qəhrəmanlıqlarını, çoşqun mübarizə əzmini yüksək qiymətləndirən qədirbilən xalqımız onların unudulmaz xatirəsini hər il dərin hörmət və ehtiramla yad edir.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin, Azərbaycanın İstiqlaliyyət yolunun şəhidlik zirvəsi sayılan 20 yanvar facəsinin 24-cü il dönümü ilə əlaqədar Şəmkir rayon İcra Hakimiyyətinin Başçisi Nazim Veysovun və rayon ictimayyətinin iştirakı ilə anma mərasimi kecirilmişdir.Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəmkir şəhidlərinin uyuduğu “Şəhidlər xiyabanının” ziyarəti ilə başlanmış, “Azərbaycanlıların Soyqırımı abidəsi” önünə əklil qoyulmuş, “20 Yanvar faciəsi” qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə davam etdirilmişdir.
Tədbirin sonunda rayon Mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmiş, saat 12-də bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilmişdir.