Şəmkirdə daha bir kənddə əhaliyə verilən təbii qazın açılışı keçirilmişdir.
31 oktyabr 2015 | 16:00
31 oktyabr 2015-ci il tarixində Şəmkir rayonunun Muxtariyyat kəndinə əhaliyə verilən təbii qazın açılışı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov son illər rayonda icra olunan irimiqyaslı layihələrdən, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır.
Mərasimdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.