Dəllər qəsəbə 2 saylı körpələr evi uşaq bağçası körpələrin istifadəsinə verilmişdir.
Dəllər qəsəbə 2 saylı körpələr evi-uşaq bağçası müasir standartlara uyğun şəkildə əsaslı təmirdən sonra körpələrin istifadəsinə verilmişdir. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon rəsmiləri, müəllimlər və valideynlər iştirak etmişlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbirdə çıxış edərək yeni bağçanın açılışı münasibətilə rayon əhalisini təbrik etmiş və kollektivə uğurlar arzulamışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda uğurla həyata keçirilir. Bu gun rayonumuzda əsaslı işlər aparılır. Açılışına yığışdığımız bu tərbiyə ocağında kollektiv üçün gözəl şərait yaradılmışdır. Son illər rayonda bir neçə təhsil və tərbiyə ocağı tikilərək istifadəyə verilmişdir.
Daha sonra icra başçısı rəsmi açılışı bildirən qırmızı lenti kəsmişdir. Qonaqlar binada yaradılmış şəraitlə tanış olmuşlar. 55 yerlik, üç qrupdan ibarət olan bağça məşğələ və yataq otaqları, mətbəx, oyun otaqları və yardımçı otaqlardan ibarətdir. Binada müasir istilik sistemi də quraşdırılmışdır.
Burada çalışan müəllim kollektivi və qəsəbə sakinləri yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.