Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.

20 oktyabr 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar, Şəmkir şəhər Heydər Əliyev Mərkəzində, Şəmkir rayonunun 2015-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatların rəhbərləri, sahibkarlar iştirak etmişdir.
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açaraq toplantı iştirakçılarını salamlamış, 2015-ci ilin 9 ayının yekunları və qarşıda duran məsələlər barədə çıxış edərək vurğulamışdır ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımların atıldığını qeyd etmişdir. Rayon İcra Hakimiyyəti başçısı inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu kimi halların baş verməməsində hər kəsi diqqətli olmağa çağırmışdır.

Keçidlər