Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhər Nizami adına tam orta məktəbin yeni binasının və Distant Təhsil Mərkəzinin açılışı olmuşdur.

09 oktyabr 2015 | 15:00

09 oktyabr 2015-ci il tarixində 640 yerlik Şəmkir şəhər Nizami adına tam orta məktəbin yeni binasının və Distant Təhsil Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov məktəbin rəmzi açılışını bildirən qırmızı lent kəsimişlər.
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir.
“Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində 50 şagird noutbuk ilə təchiz olunmuş, şagirdlərin evləri yüksək sürətli İnternet bağlantısı ilə təmin edilmiş və təhsilə cəlb edilmişlər.

Keçidlər