Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə əmək yarmarkası keçirildi.

30 sentyabr 2015 | 15:00

30 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət Mərkəzində qabaqcadan elan olunmuş “Əmək Yarmarkası” keçirilmişdir. Təşkil olunmuş “Əmək Yarmarkası”nda 18 dövlət, 6 qeyri-dövlət olmaqla 24 müəssisə və təşkilat tərəfindən 310 boş (vakant) iş yerləri təqdim olunmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz vətəndaşlardan 60 nəfəri dövlət, 36 nəfəri isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən işlə təmin olunmaları üçün göndəriş verilmişdir. Yarmarkanın açılışında Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov və Dövlət Məşğulluq Xidmətinin məsul işciləri iştirak etmiş və tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olmuşlar, həmçinin öz tövsiyələrini iştirakçılarla bölüşüblər.

Keçidlər