Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyəti yüksək bal toplayan məzunlarla görüş keçirmişdir.

08 sentyabr 2015 | 15:00

Şəmkir  rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov 08 sentyabr 2015-ci il tarixdə,  ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirmişdir. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları, valideyinlər və məzunlar iştirak etmişdir. Şəmkir  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov  ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil infrastrukturunun yeniləşməsinə xidmət edən layihələrin həyata keçirilməsindən geniş danışmış və bildirmişdir ki, məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsinin  nəticəsidir ki, ildən ilə yüksək naliyətlər əldə edən məzunların sayı artır. Bu il rayonumuzun 512 məzunu tələbə adını qazanmışdır. Tələbə adını qazananların 22 nəfəri 600 dən, 68 nəfəri isə 500 dən yuxarı bal toplamışdır.
Daha sonara çıxış edən məzunlar və müəllimlər təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər