Şəmkir şəhərində yaşayış massivi olan hərbi şəhərcikdə abadlıq işləri sona çatır.
Şəmkirin şəhərinin yaşayış massivi olan hərbi şəhərcik yeni görkəmini alır. Qeyd edək ki,bu yaşayış massivində 2500-dən çox sakini var və onlar əsasən hərbiçi ailələridir.
Ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi qayğısı və göstərişi əsasında çiçəklənən Azərbaycanımızın bütün şəhər və rayonlarında olduğu kimi Şəmkir rayonunda da geniş miqyaslı abadlıq quruculuq işləri sürətlə davam etdirilir. Bu dəfə yenidənqurma işlərinə sevinənlər Şəmkir şəhəri hərbi şəhərciyin sakinləridir. Layihəyə əsasən şəhərcikdə ilkin olaraq kommunikasiya xətləri yenilənib. Binaların dam örtüyü və fasadı dəyişdirilib. Mənzillər mərkəzi qazanxana vasitəsi ilə müasir istilik sistemi ilə təchiz edilmiş və su kanalizasiya sistemi yenilənmişdir. Hazırda isə məhələ daxili yollara asfalt üzlük döşənir. Hər bir evə fərdi şəkildə kombi sistemi ilə istilik xətti çəkilib. Demək olar ki şəhərimizin bu ərazisi çox qısa bir zamanda əhalinin mədəni istirahət güşəsinə cevriləcəkdir. Şəhərcikdə xeyir-şər evi, uşaqlar üçün əyləncə mərkəzi və fəvvarə tikilir. Halhazırda abadlıq işləri davam edir. İnsanlar görülən bu işlərdən çox razılıq edirlər. Sakinlər öz razılıqlarını bildırərək söyləyirlər ki, vaxt var idi burada qaz işıq su hamısı problem idi. İndi bizim qaz işıq və suyumuz var.