Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şəmkir rayonunda böyük bayram şənliyi keçirilib

30 dekabr 2013 | 16:00

Dünən Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayonda böyük bayram şənliyi keçirilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik günüdür: “Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycanlıların yaşayıb, fəaliyyət göstərdikləri bir çox dövlətlərdə bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər”.
Şənlikdə orta məktəb şagirdlərinə və uşaq bağçalarının körpələrinə yeni il hədiyyələri paylanılıb.

Keçidlər