Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Tatarlı kənd sakinləri ilə görüş keçirilmişdir.

19 avqust 2015 | 15:00

19 avqust 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı  cənab Alimpaşa Məmmədov Tatarlı kənd  sakinləri  ilə görüş  keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Tatarlı kənd sakinləri iştirak etmişlər.Görüşü  giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov  kənd sakinlərini salamlamış, sakinlərə Şəmkir rayonunda aparılan işlərdən geniş danımış, kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir. Görüşdə  kənd sakinləri və ağsaqqallar keçirilmiş görüşdən məmnun olduqlarını və öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər