Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda Qaraqocalı və Çaylı kəndlərində təbii qaz verilişinin açılışı olmuşdur.

30 iyul 2015 | 15:00

30 iyul 2015-ci il tarixində Şəmkir rayonu Qaraqocalı və Çaylı kəndlərində əhaliyə təbii qazın verilməsinin açılışı olmuşdur.
      Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev,Şəmkir rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
    Tədbirdə Şəmkir  rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Şəmkir rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını qeyd etmişdir.Ele bunun bir nümunesi kimidə rayonumuzun Qaraqocalı kəndində 79, Çaylı kəndində isə 116 təsərrüfatın təbii qazla təmin olunduğunu bildirmiş və hrə iki kəndin sakinlərini təbrik edərək hal  hazırda rayonun daha 3 kəndinin qazlaşdırılması üçün iş aparıldığını diqqətə çatdırmışdır.

Keçidlər