Şəmkirdə 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.
22 iyul 2015-ci il tarixdə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində, 2015-ci ilin birinci yarısının sosial - iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığncağında Milli Məclisin deputatı Sahibə Qafarova, İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədirləri, sahibkarlar, qeyri hökumət təşkilatlarının nümayəndələri və mətbuat nümayəndələri olmaqla 240 nəfər iştirak etmişdir.
Yığıncağı ilk öncə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov açaraq hesabat məruzəsini iştirakçıların diqqətinə çatdırmışdır. Sonra Milli Məclisin deputatı Sahibə Qafarova və adiyatı idarə rəhbərləri çıxışlar etmişlər.