Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Litva Respublikasının Şaulyay şəhərindən səfərdən dönmüş nümayəndə heyəti ilə görüşmüşdür.
3 iyul 2015-ci il tarixdə Litva Respublikasının Şaulyay şəhərində keçirilmiş “Günəşin Çiçəyi” adlı Beynəlxalq festivalda iştirak etmiş nümayəndə heyəti ilə Şəmkir Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov ilk olaraq nümayəndə heyəti ilə görüşün tarixi bir günə, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə 14 iyul tarixində ilk dəfə hakimiyyətə gəldiyini qeyd etmiş, toplantı iştirakçıları ilə birlikdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Tədbirdə Litva Respublikasının Şaulyay şəhərinə rəsmi səfər etmiş nümayəndə heyətinin rəhbəri Sona xanım Əliyeva rəsmi görüş haqqında toplantı iştirakçılarına ətraflı məlumat vermiş, səfər çərçivəsində görülmüş işlər haqqında ətraflı məruzə etmişdir.
Daha sonra “Günəşin Çiçəyi” adlı Beynəlxalq festivalda iştirak etmiş nümayəndə heyətinin rəhbəri Əsgər Ələsgərovun hesabat xarakterli çıxışı dinlənilmişdir.