Şəmkirdə Polis işçilərinin peşə bayramı qeyd olunub.
Şəmkir rayonunda Polis işçilərinin peşə bayramı qeyd edildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəmkir rayon Polis şöbəsinin əməkdaşları iştrak edirdilər.
Tədbiri giriş nitqi ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmil Əmirov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan və müstəqil dövlətimizin qurulmasında Ulu Öndərin xidmətlərindən geniş çıxış etmiş və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlarını bildirmişdir.
Sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və digər çıxış edənlər polis işçilərini peşə bayramları günü münasibətilə təbrik etmişlər, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışlar.
Daha Sonra tədbirdə polis veteranlarına hədiyyələr verilmiş və mərkəzi meydanda yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsi ehtiramla yad edilmişdir.