Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Yeni Göyçə kənd sakinləri ilə görüş keçirilmişdir.

09 iyun 2015 | 15:00

9 may 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı  cənab Alimpaşa Məmmədov dağ kəndlərindən olan Yeni Göyçə  kənd  sakinləri  ilə görüş  keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Yeni Göyçə kənd sakinləri iştirak etmişlər.Görüşdə ilk öncə giriş nitqi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov  kənd sakinlərini salamlamış,ümumilikdə Respublikada və Şəmkir rayonunda aparılan işlər barədə geniş danımışdır.Sonra  kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olan A. Məmmədov sakinləri dinləmiş və onların  problemlərinin  həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir.  Keçirilmiş görüşdən kənd sakinləri və ağsaqqallar  məmnun olduqlarını və öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər