Şəmkir rayon Yeni Göyçə kənd sakinləri ilə görüş keçirilmişdir.
9 may 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov dağ kəndlərindən olan Yeni Göyçə kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Yeni Göyçə kənd sakinləri iştirak etmişlər.Görüşdə ilk öncə giriş nitqi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlamış,ümumilikdə Respublikada və Şəmkir rayonunda aparılan işlər barədə geniş danımışdır.Sonra kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olan A. Məmmədov sakinləri dinləmiş və onların problemlərinin həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir. Keçirilmiş görüşdən kənd sakinləri və ağsaqqallar məmnun olduqlarını və öz minnətdarlıqlarını bildirmişlər.