Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 05 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə tədbir keçirilib.

05 iyun 2015 | 15:00

Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibəti ilə təşkil edilmiş tədbirdə Şəmkir  rayon İcra Hakimiyyətinin başçısı  Alimpaşa Məmmədov  və aparatın məsul  işçiləri, rayon Suvarma Sistemləri idarəsi, Subartezian idarəsi, Şəmkirçay   Su Anbarı və Magistral  Kanalları İstismarı idarəsi, Su və Kanalizasiya  idarəsinin  işçiləri iştirak edib.
        Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin  Başçısı  Alimpaşa Məmmədov  rayonun su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.  O, bildirib ki, su təsərrüfatı meleratorları peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. Sonra Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzən meliorasiya işçiləri dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib.

Keçidlər