Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilmişdir.

30 may 2015 | 15:00

29 – 30 may tarixlərində Azərbaycanın bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da bütün orta təhsil məktəbləri üzrə son zənglə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Şəmkir  Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayonun Əhməd Cavad adına şəhər tam orta məktəbində məzunların son zəng tədbirində iştirak etmişdir.Şəmkir  Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov son zəng tədbiri zamanı məzunları təbrik edərək ölkədə cənab Prezident İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısından geniş söhbət açmışdır. Belə ki, cənab başçı son dövrdə yeni tikilən və əsaslı təmir olan məktəblərin məhz ölkə başçısı cənab Prezident İlham Əliyevin diqqət və qaygısı nəticəsində ərsəyə gəldiyini qeyd etmişdir.Sonra A.Məmmədov bir daha məzunları təbrik edərək onlara yeni təhsil uğurları,ali məktəblərə qəbul olunmaqlarını arzuladı.Daha sonra tədbir məzunların təşkil etdikləri səhnələrlə davam etdi.

Keçidlər