Şəmkirdə 28 may Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir.
28 may Respublika günü ilə laqədar olaraq, Şəmkir şəhər Heydər Əliyev mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ziyalıları və rayon ictimaiyyəti iştirak edirdi.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidə kompleksinin önünə tər gül dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov bayram münasibətilə iştirakçıları təbrik etmiş və Respublika günü haqqında geniş çıxış etmişdir. Sonra Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəxrəddin Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar geniş cıxış etmiş və sonra Azərbaycan Xalq Cumhuriyyəti haqqında qısa metrajlı filmə baxılmışdır.