“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Şəmkirdə böyük izdihamla qarşılandı.
Birinci Avropa Oyunlarının məşəli mayın 20-də Şəmkir rayonuna gətirildi. Şəmkir şəhərinin sakinləri Bayraq meydanına toplaşaraq ilk Avropa oyunlarının məşəl estafetini böyük çoşqu ilə qarşıladılar. Rayonda Avropa Oyunlarının rəmzi qapısında məşəli rayonun fəal gənci Aysel Salahova qəbul etdi və üç kilometrlik məsafədə məşəli növbə ilə bir-birinə öturən idmançılar Bayraq meydanına gətirdilər. Burada Yunan Roma güləşi üzrə üçqat Azərbaycan çempionu, Avropa cempionatı üzrə bürünc mükafatçı,Yunan Roma güləşi üzrə məşqçı müəllim Şəmkir rayon sakini Vəfadar Mustafayev qəbul edərək qurulmuş səhnəyə qalxdı.
Sonra Şəmkir rayon sakini yeniyetme,karete idman növü üzrə Azərbaycan çempionu Nərmin İbrahimli,çıraqı ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”-in rəmzi kimi Şəmkirdə saxlanılması üçün Zəka Gənclərin İntelektual və Yaradiciliq Mərkəzinə təqdim edildi.