Şəmkir rayon Bayramlı kənd sakinləri ilə görüş keçirilmişdir.
16 may 2015 | 15:00
16 may 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Bayramlı kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Bayramlı kənd sakinləri iştirak etmişlər.Görüşü giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlamış, sakinlərə Şəmkir rayonunda aparılan işlərdən geniş danımış, kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir. Görüşdə kənd sakinləri və ağsaqqallar keçirilmiş görüşdən məmnun olduqlarını və öz minnətdarlıqlarını bildirdilər.