Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab N.V.Veysovun 07 sentyabr 2013 cü il tarixdə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdəki N İ T Q İ

08 sentyabr 2013 | 15:00

Əziz və hörmətli toplantı iştirakçıları!
    Əziz tələbələr!
    Icazə verin, Sizin hər birinizi tələbə adı almağınız münasibətilə səmimi qəlbdən təbrik edim. Təhsildə, işlərinizdə yeni-yeni  uğurlar və can sağlığı arzulayım!
    Təməli hələ ötən əsrin 70-ci illərində  ümummilli  liderimiz,  dahi  öndər Heydər Əliyev  tərəfindən qoyulmuş tələbələrlə görüşlərin keçirilməsi ənənə xarakteri  almışdır.
    Şəmkir rayonunda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş son illər ardıcıl olaraq  keçirilir.
   Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan  gənclərinin hamisi və  sevimlisi,Azərbaycan Respublikasının  möhtərəm Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə gənclərin yaşayış səviyyəsi durmadan yaxşılaşır, təhsil və digər problemləri uğurla həll edilir.   
     İqtisadi artım surətinə görə Respublikamızın qabaqcıl ölkələr sırasına çıxması gənclərin həyat səviyyəsinin gündən-günə yaxşılaşmasına öz müsbət təsirini göstərir.
    Şəmkir rayon İcra Hakimiyyəti öz fəaliyyətində  gənclərlə işə  başlıca  diqqət  yetirir. Rayonun  gələcək inkişafını gənclərdə görür və bütün işlərdə onların potensial imkanlarına arxalanır.
     Son illər ərzində Rayon  Icra  Hakimiyyəti Başçısı Aparatında və digər dövlət orqanlarına 70 nəfər gənc məsul vəzifələrə təyin edilmişdir.
     Dövlət orqanlarında çalışan gənclərin ixtisaslarının artırılması üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir. Son doqquz ildə dövlət orqanlarında çalışan gənclərdən 14 nəfəri təhsillərini artırmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına göndərilmişdir.
    Gənclərə qayğı ümumtəhsil məktəblərindən başlanılır. Rayon Icra Hakimiyyəti tərəfindən   istedadlı şagirdə, tələbəyə və qabaqcıl müəllimə həvəsləndirici mükafatlar verilmişdir.
     2012-2013-cü tədris ilinin Şəmkir rayonunun təhsil sahəsində ən uğurlu illərdən biri hesab etmək olar.Bunu ilin nəticələrindən aydın görmək olar.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 avqust 2013-cü il tarixli  sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə İbrahimova xüsusi diploma və 5 min manat pul mükafatına layiq görülmüşdür. 
     Rayonun ümumtəhsil məktəblərini bitirmiş 2497 nəfər şagird attestat almışdır.  Əvvəlki illərdə təhsillərini başa vurmuş məzunlarla birlikdə rayon üzrə 1480  nəfər məzun ali məktəblərə qəbul üçün sənəd vermişdir.
       Ali məktəblərə qəbul olan Şəmkirli tələbələrin sayı hər il ardıcıl olaraq artmaqda davam edir.
      2013-cü ildə 510 nəfər Şəmkirli gənc bu şərəfli adı qazanmışdır. 2005-ci ilə  nisbətən ali məktəblərə qəbul olunanların sayı  286 nəfər və ya 2 dəfədən çox artmışdır.  
      Abituriyentlərin bilik səviyyəsi ilbəil yüksəlir. 10 nəfər 600 dən, 41 nəfər isə 500 dən çox bal toplaması bizi sevindirir. Sevindirici haldır ki, 500-dən çox bal toplamış  məzunların əksəriyyəti  Azərbaycan Respublikası  Prezedinti yanında Dövlət İdarəçilik Akademiyasına, Bakı Dövlət Universitetinə,  Azərbaycan Tibb Universitetinə və Respublikanın digər nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.
      Mən tələbə adı qazanmış gənclərimizi və onların qazandığı nailiyyətlərdə əməyi olan bütün müəllimləri  ürəkdən təbrik edir, onlara  təhsildə yeni-yeni uğurlar arzulayıram.
     Ali məktəblərə daha çox C.Rüstəmov adına, M.Füzuli adına şəhər məktəblərindən, Düyərli 2 saylı, H.Z.Tağıyev adına Kür qəsəbə, Sabirkənd, Dəllər-Cəyir, Bayramlı, S.Vurğun adına, Aşağı Seyfəli və Dəllər qəsəbə məktəblərinin məzunları qəbul olunmuşlar.
     Hörmətli  toplantı iştirakçıları!
    Rayon Icra Hakimiyyəti gündən-günə gözəlləşən,abadlaşan, iqtisadiyyatı surətlə inkişaf edən doğma Şəmkirin gələcəyini yalnız bilikli, yüksək təhsilə malik gənclərin yetişdirilməsində görür.
   Ona görə də məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi, yeni inventar və avadanlıqlarla təchiz edilməsi üçün tədbirlər görülür. 
    Ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə məktəb tikintisinə  diqqət daha da artırılmışdır. Qısa müddət ərzində rayonda 62-dən çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 28 məktəb binasından 6-sı Heydər Əliyev Fondu tərəfindən tikilmişdir.
2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri və 480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd orta məktəbin binasının əsaslı təmiri başa çatdırılaraq şagirdlərin ixtiyarına verilmişdir.
     2013-cü ilin mart ayının 18-də Qaralar kəndində 180 şagird yerlik məktəb binası istifadəyə verilmişdir.
Hazırda Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, məktəblərin tikintisi, Dağ Cəyir və Yeni Göyçə kənd orta məktəblərində bərpa-gücləndirmə işləri  başa çatmaq üzrədir.
  Yaxın günlərdə  həmin məktəblər şagirdlərin istifadəsinə veriləcəkdir.         
   Hörmətli toplantı iştirakçıları!    
   Əziz tələbələr! 
   Rayonun sosial-iqtisadi inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı "Dövlət Proqramı"nda  Şəmkir rayonu  üçün nəzərdə tutulmuş tədbirlərin icrası mühüm əhəmiyyət kəsb edir.
   Ölkə iqtisadiyyatında olduğu kimi 2013-cü ilin 8 ayı ərzində Şəmkir rayonunun  iqtisadiyyatında mühüm irəliləyişlər əldə olunmuşdur.
     Ümumi məhsul buraxılışının həcmi ötən  ilin eyni dövrü ilə müqayisədə 5,7  faiz artaraq 256 milyon 397  min manat  təşkil etmişdir.
     
       Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri kimi Şəmkirçay dəryaçasının tikintisi davam edir. Ümumi su  tutumu 175 milyon kub metr, bəndin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir və ətraf rayonlarda 75 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Gəncə, Samux və Şəmkir şəhərlərinin içməli su təchizatı yaxşılaşacaq. Dəryaçanın qarşısında qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 59 meqovat elektrik enerjisi istehsal olunacaqdır.
Şəmkir dəryaçasından sağ və sol sahil kanallarının çəkilişi davam edir.
Dəryaçanın 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 2011-ci il tarixli sərəncamına uyğun olaraq 2011-ci ildə Şəmkir şəhərinin içməli su xəttinin və kanalizasiya sisteminin tikintisi davam edir.
İndiyədək “Azərsu” tərəfindən Şəmkir şəhərinin Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılmışdır. Hazırda Şəmkir şəhərinin bir hissəsi yeni su kəməri vasitəsilə su ilə təmin olunur.
Şəmkirçay dəryaçasından götürülən sudan Şəmkir şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün 3 min kub metr su tutumu olacaq anbarın tikintisinə hazırlıq işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamı ilə ayrılmış 3 milyon manat vəsaitlə Kür qəsəbəsinə gedən 12 km-lik avtomobil yolunun tikintisi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən başa çatdırılmışdır.
Bipi şirkətinin vəsaiti hesabına Qaracəmirli-Təzəkənd kəndləri arasında 8 km-lik yol yenidən tikilmişdir.
     Şəmkir şəhəri  ətrafında Şəmkir-Gədəbəy dairəvi avtomobil yolu         (10 km) və Cəyir çayı üzərindən keçən körpü yenidən qurulmuşdur.
Uzunluğu 4.3 km olan Təzəkənd-Qarabağlar avtomobil yolunun tikintisi ilə əlaqədar Nazirlər Kabinetinə təklif verilmişdir.
Şəmkir şəhərində Bayraq meydanının və onun ətrafında 4,5 hektar ərazidə yeni parkın, Gənclər mərkəzinin, Heydər Əliyev mərkəzinin və ətrafda  14,5 hektar ərazidə yeni parkın, 80 yerlik mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçası-abidələr parkının tikintisi, Lüteran alman kilsəsində əsaslı təmir-bərpa işləri və Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin 100 yerlik yataqxana binasının tikintisi başa çatmışdır.
Şəhərin mərkəzində yerləşən qədim yaşayış binalarının fasadları və dam örtüklərinin alman memarlıq üslübunda bərpa olunur. İndiyədək şəhər ərazisində 350-dək  yaşayış binasının dam örtüyü dəyişdirilmişdir. 
Şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar mərkəzi küçələrdə 219 min kv.m ərazidə asfalt beton örtüyü salınmış, 80 min kv.m sahəyə tamet döşənmiş, 12 km uzunluğunda yeni bardurlar düzülmüş, 30 hektar sahədə yeni yaşıllıq və qazon örtüyü salınmışdır.
Şəhərin ərazisində 22 km uzunluğunda yeni su kanalları çəkilmişdir. 20 yanvar parkında yenidənqurma işləri başa çatdırılmışdır.

      Hörmətli toplantı iştirakçıları!    
      Əziz tələbələr!
Bu günki, Şəmkir dünənki, deyil. Sabahkı Şəmkir isə daha gözəl olacaqdır. Bunu bizdən tariximiz, zaman və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi sosial -iqtisadi kurs tələb edir.
      Rayonun iqtisadi potensialı böyükdür. Burada insanların rifah halı günü-gündən yaxşılaşır. Rayonumuzun daha da inkişaf etdirilməsi, onun gözəl və abad bir diyara çevrilməsi üçün Sizin kimi perspektivli gənclərə böyük tələbat vardır. Biz Sizdən yüksək təhsil, yüksək vətəndaşlıq mövqeyi gözləyirik. İnanıram ki, şəmkirli gənclər göstərilən etimadı şərəflə doğruldacaqlar.
   Əmin ola bilərsiniz ki, bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində rayonumuz inkişaf edəcək, iqtisadi cəhətdən qüdrətlənəcək və insanların rifah halı yüksələcəkdir.
         Diqqətinizə görə sağ olun!

Keçidlər