Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 15 may - Beynəlxalq Ailə Günü bayramı keçirilib.

15 may 2015 | 15:00

15 may - Beynəlxalq Ailə Günü münasibətilə Şəmkirdəki Heydər Əliyev Mərkəzinin qarşısındakı istirahət parkında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə “Ailə günü” bayramı keçirib.
Bayram tədbirində respublikanın müxtəlif rayonlarından dəvət olunmuş nümunəvi ailələr və iştirakçılar  əvvəlcə əl işlərindən ibarət sərgiyə baxıblar.
Artıq  7-ci ildir ölkəmizdə “Ailə bayramı” təntənə ilə qeyd edilir. Ənənə şəklini almış bu bayram şənliklərində 4 nominasiya üzrə - bacarıqlı əllər, milli mətbəx, yaradıcı əllər və nümunəvi ailə yarışları keçirilir.
Sonra bayram tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək diqqətə çatdırıblar ki, ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində dövlət-ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bayram şənliyinin sonunda ən fəal ailələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları və qiymətli hədiyyələri təqdim olunub.

Keçidlər