Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “9 May-Faşizim üzərində Qələbə Günü” qeyd olundu.

09 may 2015 | 15:00

09  may  2015-ci il tarixdə Şəmkir  rayonunda “9 May-Faşizim üzərində Qələbə Günü” müasibəti ilə tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir ordu birləşməsinin komandanı, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ əlilləri və şəhid ailələri, ziyalılar və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyətinin  başçısı cənab Alimpaşa Məmmədov Qələbə günü münasibəti ilə tədbir iştirakçılarını  təbrik etdi.Böyük Vətən müharibəsi illərindən danışaraq qeyd etdi ki, Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfə verib. Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqı həm neft, həm də digər təsərrüfat məsulları ilə cəbhəni təchiz edirdi.
Sonra Böyük Vətən Müharibəsi iştirakçılarına Ceyhun şadlıq sarayında bayram süfrəsi və konsert proqramı təşkil olunmuş və Azərbyacan Respublikası Prezidentinin sərəncamına əsasən qələbənin 70-ci ildönümü münasibətilə Böyük Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunmuşdur.

Keçidlər