Şəmkir rayon Qaracəmirli kənd sakinləri ilə görüş keçirilmişdir.
7 may 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Qaracəmirli kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Qaracəmirli kənd sakinləri iştirak etmişlər.Görüşü giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq kənd sakinlərini salamlamış, kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir. Keçirilmiş görüşdə kənd sakinləri və ağsaqqallar kənddə onlar üçün yaradılmış şəraitə görə başda Cənab Prezident İlham Əliyev və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirmişlər.