Şəmkir rayon Muxtariyyat kənd sakinləri ilə görüş keçirilmişdir.
30 aprel 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov Muxtariyyat kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Muxtariyyat kənd sakinləri iştirak etmişlər.
Görüşü giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq kənd sakinlərini salamlamış və cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışmış, kənd sakinlərini narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli üçün adiyatı orqanlara tapşırıqlarını vermişdir. Keçirilmiş görüşdə kənd sakinləri və ağsaqqallar kənddə onlar üçün yaradılmış şəraitə görə başda Cənab Prezident İlham Əliyev və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirmişlər.