Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri başa çatmışdır.
Şəmkir Heydər Əliyev Mərkəzində Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində sonuncu, 9-ci turun görüşləri keçirilib.
Öz xallarını hər dəfə rekord həddə çatdıran Maqnus Karlsen final görüşdə ağ daşlarla Rauf Məmmədova qalib gəlib. Beləliklə . “Synergy Group”un təşkilatçılığıyla keçirilən sonuncu turda Shamkir Chess 2015 turnirin qalibi Maqnus Karlsen olub. Turnirin qaliblər cədvəlində ikinci yerdə Vişvanatan Anand, üçüncü yerdə isə Uesli So yer alıb.
Round 9 nəticə:
GM Məmmədyarov Şəhriyar – GM Adams Michael 1 / 2-1 / 2
GM Caruana Fabiano – GM Anand Viswanathan 1 / 2-1 / 2
GM Karlsen Magnus – GM Məmmədov Rauf 1-0
GM Giri Anish – GM Kramnik Vladimir 1 / 2-1 / 2
GM Vaşye-Laqrav Maxime – GM So Wesley 1 / 2-1 / 2
Final vəziyyət:
1. GM Maqnus Karlsen NOR 2863 – 7,0
2. GM Vişvanatan Anand IND 2791 – 6,0
3-4. GM Fabiano Caruana ITA 2802 və GM Wesley So USA 2788 – 5,0
5-6. GM Şəhriyar Məmmədyarov AZE 2754 və GM Vladimir Kramnik RUS 2783 – 4,0
7-10. GM Anish Giri NED 2790, GM Maxime Vaşye-Laqrav FRA 2762, GM Rauf Məmmədov AZE 2651 və GM Michael Adams ENG 2746 – 3,5