Şriftin ölçüsü :

Saytın rəngi :

“Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin 7 – ci turu başa çatıb.

24 aprel 2015 | 15:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində VII turun oyunları keçirilib. Tur Azərbaycan qrossmeysterlərinin dueli ilə əlamətdar olub. Belə ki, bu dəfə yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gəliblər. “Ağlar”la oynayan Şəhriyar qalib gəlib, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq, Rauf isə ən azı komanda yoldaşını keçmək niyyətində idi. Lakin görüş sülhlə nəticələnib və hər iki şahmatçı liderə yaxınlaşmaq şansını əldən verib.

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) – Rauf Məmmədov (Azərbaycan, 2658) – 0,5:0,5 Vişvanatan Anand (Hindistan,2791) – Maykl Adams (İngiltərə, 2746) – 1:0 Maksim Vaşye-Laqrav (Fransa, 2716) – Aniş Giri (Hollandiya, 2790) – 0,5:0,5 Vladimir Kramnik (Rusiya, 2783) – Maqnus Karlsen (Norveç, 2863) – 0:1 Fabiano Karuana (İtaliya, 2802) – Uesli So (ABŞ, 2788) – 1:0
Turnir cədvəli: Karlsen – 5,5 xal, Anand – 4,5, So, Karuana – 4, Məmmədyarov – 3,5, Qiri, Məmmədov, Vaşye-Laqrav – 3, Kramnik – 2,5, Adams – 2

Keçidlər