Şriftin ölçüsü :

Saytın rəngi :

“Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin 6 – cı turu başa çatıb.

23 aprel 2015 | 15:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində növbəti turun görüşləri keçirilmişdir.
Hesabat turunda rusiyalı Vladimir Kramniki məğlub edən Şəhriyar Məmmədyarov bu dəfə amerikalı Uesli Sonu sınağa çəkib. Rauf Məmmədov da güclü rəqibə qarşı mübarizə aparıb. Qrossmeysterimiz hindistanlı sabiq dünya çempionu Vişvanatan Anandla görüşüb. Hər iki şahmatçımız rəqibi ilə heç-heçə edərək aktivinə növbəti yarım xalı yazdırıb və liderlərə yaxınlaşmaq şansını əldən verib.

VI tur

Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5
Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2790) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802) - 0:1
Uesli So (ABŞ, 2788) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5

Turnir cədvəli: Karlsen – 4,5 xal; So – 4; Anand – 3,5; Məmmədyarov, Karuana - 3; Kramnik, Qiri, Məmmədov, Vaşye-Laqrav - 2,5;  Adams – 2.

Keçidlər