“Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin 5 – ci turu başa çatıb.
Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində ötən gün növbəti turun matçları baş tutub.
Beşinci oyun günündə Azərbaycan şahmatçıları turnirdəki vəziyyətlərini daha da yaxşılaşdırıb.
Belə ki, ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Gərgin görüşdə həmyerlimiz güclü rəqibini məğlub etməyi bacarıb.
Hesabat turunda amerikalı Uesli Soya uduzan Rauf Məmmədovun rəqibi isə ingiltərəli Maykl Adams olub. Qrossmeysterimizin turnirin autsayderi ilə qarşılaşmada heç-heçəyə razılaşıb.
Keçirilən görüşlərin ardından şahmatçılarla mətbuat konfransı keçirilmişdir. Mətbuat konfaransında şahmatçılar keçirdikləri gorüşlər haqqında və jurnalistlərin digər suallarını cavablamışlar.
Rauf Məmmədov (Azərbaycan, 2658) - Maykl Adams (İngiltərə, 2746) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan,2791) - Uesli So (ABŞ, 2788) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Vladimir Kramnik (Rusiya, 2783) - 1:0
Fabiano Karuana (İtaliya, 2802) - Aniş Giri (Hollandiya, 2790) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2863) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 1:0
Turnir cədvəli: Karlsen – 4 xal; So – 3,5 xal; Anand – 3 xal; Məmmədyarov, Kramnik – 2,5 xal; Məmmədov, Karuana, Vaşye-Laqrav, Qiri – 2 xal, Adams – 1,5 xal.