Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yeni “İnşaat materialları” bazarının açılışı olmuşdur.

18 aprel 2015 | 15:00

     18.04.2015-ci il tarixdə Şəmkir rayonu Sabirkənd kəndində yeni tikilmiş “Tikinti İnşaat” bazarının açılışı olmuşdur. Açılışda Şəmkir rayonu İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov  iştirakı ilə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri,Kənd  sakinləri və sahibkarlar iştirak etmişlər.
        Açılış mərasimini  giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siya¬sətindən danışmış, yeni iş yerlərinin yaradılmasında özəl sektorun mühüm rol oynadığnı bildirmişdir.
     Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd etdi ki, inşaat bazarının Sabirkənd kəndində və yaxın kəndlərdə yaşayan kənd sakinlərinin işlə təmin olunmalarına şərait yaradacaqdır.  Biləvasitə    bazar  bu  zonada mühüm əhəmiyyət daşıyacaq çünki qərb  zonasında belə böyük 2-ci inşaat bazarı yoxdur. Sonra söz xeyir dua vermək üçün kənd sakini, ağsaqqal Hacı Əbdülrəhman kişiyiə verildi, ağsaqqalda  öz xeyir dusında  ölkə Prezidentinə və rayon İcra Hakimiyyətinin başçısına   dərin  minnəttarlığını bildirdi və Azərbaycan dövlətinin bayrağının hər zaman uca olmasını bir daha Allahdan arzu etdi.
        Tədbirin sonunda Kənd İƏD-nin  nümayəndəsi İdris Əbdürrəhmanov və bəzi sahibkarların çıxışından sonra sənədlər sahibkarlara  təqdim olnmuşdur.

Keçidlər