Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə növbəti ağac əkmə aksiyası keçirilmişdir.

18 aprel 2015 | 15:00

18 aprel 2015 – ci il tarixdə “İDEA”  İctimayi Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində respublikanın digər şəhər və rayonlarında oldugu kimi Şəmkir rayonunda da 5030 ədəd müxtəlif növdə ağaclar əkilmişdir. Ağac əkimində Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, Rayon Gənclər və İdman idarəsinin kollektivi, yerli təşkilatların nümayəndələri, şəhər və kənd  sakinləridə bu təşəbbüsə qoşularaq həvəslə iştirak ediblər.
Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün rayonun Keçili və Şiştəpə kəndləri ərazisinə əkilən ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunmuş,  xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilmiş və suvarılmışdır.Sonda əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Keçidlər