Şriftin ölçüsü :

Saytın rəngi :

“Shamkir Chess 2015” Beynəlxalq şahmat turnirinin ikinci turuna yekun vurulub.

18 aprel 2015 | 15:00

“Synergy Group”un təşkilatçılığı ilə keçirilən, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin ikinci turuna yekun vurulub.
Bu turda norveçli şahmatçı Maqnus Karlsen Azərbaycan idmançısı Şəhriyar Məmmədyarova qalib gəlib.
Rusiyalı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli Sou, Fransalı Maksim Vaşye-Laqrav Hindistanlı Vişvanatan Anand, İngiltərəli Maykl Adams isə İtaliyalı Fabiano Karuana ilə heç-heçə edib. Təmsilçimiz Rauf Məmmədov isə Niderland şahmatçısı Aniş Giri ilə sülh bağlayıb. Qeyd edək ki, üçüncü turda So Wesley- Adams Michael, Məmmədov Rauf- Kramnik Vladimir,  Anand Viswanathan- Giri Anish,  Məmmədyarov Şəhriyar - Vachier Lagrave Maxime ,  Caruana Fabiano - Carlsen Magnus qarşılaşması olacaq.

Keçidlər