Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin ilk turu olmuşdur.

17 aprel 2015 | 15:00

“Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə Şəmkir Heydər Əliyev Mərkəzində şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə hesr olunmuş “Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin birinci turu bugün yekunlaşıb.
Açılış turunda ilk gedişi Vüqar Həşimovun bacısı qızı Nərmin Allahverdiyeva edib. Daha sonra oyunçular püşkatma nəticəsində məlum olan öz rəqibləri ilə mübarizə aparıblar.  Kramnik Vladimir- Adams Michael qarşılaşması  Vladimirin qələbəsi,  So Wesley - Giri Anish qarşılaşması So Wesleyin qalibiyyəti,  Məmmədov Rauf – Vachier Lagrave Maxime  ,  Anand Viswanathan- Carlsen Magnus,  Məmmədyarov Şəhriyar - Caruana Fabiano qarşılaşması  isə  heçheçə ilə nəticələnib.
Qeyd edək ki, ikinci turda  Adams Michael-  Caruana Fabiano,   Carlsen Magnus- Məmmədyarov Şəhriyar,  Vachier Lagrave Maxime  - Anand Viswanathan, Gir Anish- Məmmədov Rauf,  Kramnik Vladimir- So Wesley qarşılaşacaq.

Keçidlər