Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilmişdir.

17 aprel 2015 | 15:00

Yığıncaqda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd etdi ki, ölkəmizdə qazanılan müvəffəqiyyətlər davamlı xarakter almışdır. Azərbaycanın iqtisadi inkişafı, fenomenal xarakter daşıdığı dünyada qəbul olunmaqda, onun səciyyəvi xüsusiyyətləri geniş rakursdan öyrənilməkdədir. Ölkəmizin inkişaf modeli dünya dövlətlərində maraqla qarşılanır.
Rayon İcra başcısı Alimpaşa Məmmədov bildirdi ki, son illərin  iqtisadi siyasəti nəticəsində dünyada Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. Respublikamız üçün xarakterik cəhətlərdən biri də sürətli tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirməsi və insanların rifah halının yüksələn xətt üzrə inkişaf etməsidir. Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Şəmkir rayonunun simasında da aydın müşahidə olunur. Rayonda həyata keçirilən bütün islahat və layihələr ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında yerinə yetirilir.
Daha sonra tədbirdə iştirak edən rayonun səhiyyə, təhsil, enerji daşıyıcıları, su-kanalizasiya və digər  təşkilatlarının rəhbərlərinə görülən və gələcəkdə görüləcək işlərin həllinə aid tapşırıqlar verildi.

Keçidlər