Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin açılışı olmuşdur.

16 aprel 2015 | 15:00

16 – 26 aprel 2015 – ci il tarixlərdə Şəmkir şəhəri Heydər Əliyev mərkəzində “Synergy Group”- n təşkilatçılığı ilə, Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Şhamkir Chess 2015” Beynəlxalq Şahmat Turnirinin açılışı olmuşdur. Turnirin açılış mərasiminə rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, yerli və xarici qonaqlar qatılmış və turniri  Rusiya, Norveç, Hindistan və İngiltərədən olan media nümayəndələri işıqlandırmışdır. Sonra yarışın püşkatma mərasimi keçirilmişdir.
Qeyd edək ki, ilk turun partiyaları püşk atmaya əsasən 17 aprel saat 15:00-da başlayacaq.

Keçidlər