Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov mədəniyyət işçiləriylə görüş keçirdi.
14 aprel 2015 | 15:00
14 aprel 2015-ci il tarixdə Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzində Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov mədəniyyət işçiləriylə görüşü keçirilib. Görüşdə İcra Hakimyyətinin məsul işçiləri və bir qrup mədəniyyət işçiləri iştirak etmişlər.
Görüşdə ilk öncə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov iştirakçıları salamlamışdır. Sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov dövlətin mədəniyyət sahəsinə diqqət və qayğısının yüksək olduğunu bildirərək mədəniyyət sahəsində həlli vacib olan bir sıra məsələlərlə bağlı təklif və müraciətlərini iştirakçılara çatdırmışdır.