Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə geniş tərkibdə növbəti şura iclası keçirilmişdir.

09 aprel 2015 | 15:00

9 aprel 2015-ci il tarixdə  Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət mərkəzində  Şəmkir rayon   Hakimiyyətinin  Başçısı  cənab Alimpaşa Məmmədovun və  digər  14 şura üzvülərinin başçılığı ilə geniş şura iclası keçirilmişdir. Keçirilmiş şura iclasında  Şəmkir  rayon  İcra Aparatının  məsul işçiləri,  idarə,  müəssisə, təşkilat  rəhbərləri və  İƏD- si üzrə nümayəndələr  iştrak etmişdir.
Şura     iclasını,  Şəmkir   rayon  İcra   Hakimiyyətinin   Başçısı   cənab  Alimpaşa  Məmmədov  giriş nitqi ilə  açaraq  şura  üzvüləri  və iştrakçıları   salamlamış, onları şuranın gündəliyi ilə tanış etmiş və ilk olaraq çıxış üşün sözü Azərbaycan Respublikası və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nümayəndəsi İsmayıl Yunisov su hövzələrində bioloji resursların qorunub saxlanması haqda geniş çıxış etmişdir.  
Sonra məruzəçilərin çıxışları dinlənilmiş, iclasın gündəliyindəki məsələlər ətrafında geniş müzakirələr aparılmış və qarşıda duran vəzifələrin həlli yolları müəyyənləşdirilmişdir.

Keçidlər