Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Qaracəmirli kəndi ərazisindən keçən İxrac Boru kəmərinin təhlükəsizliyinə həsr olunmuş görüş

29 mart 2015 | 16:00

29 mart 2015-ci il tarixdə Şəmkir rayonunun Qaracəmirli kəndinin ərazisindən keçən İxrac boru kəmərlərinin təhlükəsizliyi ilə əlaqədar ərazidəki ictimaiyyətin nümayəndələri, torpaq sahələrinin mülkiyyətçiləri və istifadəçiləri ilə Şəmkir rayon İcra Hakimiyyətinin, Xüsusi Dövlət Mühafizə xidməti Şəmkir Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon  Dövlət  Yanğından Mühafizə idarəsinin, BP şirkətinin və Rayon Polis şöbəsinin məsul işçilərinin  görüşü keçirilmişdir.
     Görüş zamanı kənd sakinlərinə ərazidən keçən Bakı - Tibilisi - Ceyhan ixrac Boru Kəməri və Cənubi  Qafqaz Boru Kəmərlərinin genişləndirilməsi layihəsi barədə ətraflı məlumat verilərək onların əhəmiyyəti, təhlükəsizliyi və qarşıda duran vəzifələr  toplantı iştirakçılarının nəzərinə çatdırılmışdır.
     Görüşün sonunda toplantı iştirakçılarının sualları cavablandırılaraq qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir.

Keçidlər