Şəmkirdə MTN - nin əməkdaşlarının peşə bayramı qeyd edildi.
Şəmkir rayonunda Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd edildi. Öncə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, MTN – nin Şəmkir rayon şöbəsinin əməkdaşları mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzdülər.
Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə MTN Şəmkir rayon şöbəsinin rəisi Musa Haqverdiyev açmışdır. O, Milli Təhlükəsizlik orqanının yaranmasından, onun keçdiyi şərəfli yoldan danışıb, nazirliyin fəaliyyət istiqamətlərindən və qarşıda duran vəzifələrdən söhbət açmışdır.
Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov çıxış edərək Milli təhlükəsizlik orqanları işçilərini təbrik edib. Digər çıxış edənlər peşə bayramı günü münasibətilə rayonun bütün təhlükəsizlik orqanları işçilərini təbrik etmişlər.
İştirakçılar daha sonra Ulu Öndər Heydər Əliyevin Respublikanın Milli Təhlükəsizlik orqanlarında fəaliyyətini əks etdirən videolentə tamaşa ediblər.