Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşmüşdür.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə,təşkilatların rəhbərləri və Kəlbəcərdən olan məcburi köçkünlər iştirak etmişlər. Görüşü giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq qeyd etdi ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev əhalinin bütün təbəqələrinə, o cümlədən qaçqın və köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Kəlbəcərdə, Füzulidə dalğalanmasıdır: Bunun üçün isə hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.
Sonra məcburi köçkünlərin müraciət və təklifləri dinlənilmiş, qaldırılan məslələrin həlli üçün adiyatı qurumlara tapşırıqlar verilmişdir. Görüşün sonunda məcburi köçkünlərlə bayram sovqatı paylanılmışdır.
Sonda məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə başda ölkə prezidenti cənab İlham Əliyev olmaqla rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.